Bakıda “Ferrari 458 İtaliya” markalı avtomobilin qəzaya uğradığını əks etdirən fotoşəkil yayılıb.
Oxu.Az xəbər verir ki, şəkildə qiyməti 300-350 min dollar olan avtomobilin idarəetməni itirərək, səkiyə çırpıldığı görünür.
Hadisənin Gənclik metrosu yaxınlığında baş verib.
Qeyd edək ki, fotoşəkil sosial şəbəkədə Mirrəhim Quliyev tərəfindən yerləşdirilib.