Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dünən Sabunçuda kirayədə yaşayan şəxs yatdığı yerdə yanaraq ölüb.
Məlumata görə, 3 otaqlı mənzildə baş verən yanğını söndürən FHN əməkdaşları burada kirayədə yaşayan 1975-ci il təvəllüdlü Qurbanov Sədulla Bəhərçin oğlunun yanmış meyitini aşkarlayıblar.