Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Məktəbli küçəsi 53 ünvanında qeydə alınıb. 1974-cü il təvəllüdlü Səfərov Səfər İsrafil oğlu yaşadığı evdə özünü asaraq intihara cəhd edib. O, xilas edilərək xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan S.Səfərov Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Kamil Əmirli