Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb. Həsənov Ələmdar Lətif oğlu idarə etdiyi 50 CR 244 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşınla Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Lətifov Orduxan Murad oğlunu vurub.
Piyada aldığı bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.
Bədbəxt hadisənin qurbanı olan 47 yaşlı Orduxan Lətifovun meyiti ətrafdakıların köməyi ilə maşına qoyularaq Sabunçu rayon morquna aparılıb. Hadisəni törətmiş “Mercedes”in sürücüsü Ələmdar Həsənov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.