Bakıda ağır yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisəni “Mercedes” markalı minik avtomobili törədib.
Şərifzadə küçəsi ilə sürətlə hərəkətdə olan minik maşını idarəetmənin itirilməsi nəticəsində yolun kənarında dayanan 4 avtomobilə çırpılıb. Nəticədə “Mercedes”in Elxan adlı sürücüsü hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan sərnişinlər - Şərəf Məlikov, Tahir Salayev və soyadı hələ dəqiqləşdirilməmiş Xalid adlı şəxs xəsarət alıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
E.Ə.
www.oxu.az