Bakıda Art-qalereyada dəyəri 5 min manat (6 374 dollar) olan “Cloud” gəlinciyi satılır.
Oxu.Az xəbər verir ki, Cloud gəlinciyi paytaxtda keçirilən “Mələklərin zamanı” gəlincik sərgisində nümayiş etdirilib.
Bədii qalereyada müəllif, kolleksiya gəlincikləri və yeni başlayan rəssamların əsərləri təqdim olunub.
Qeyd edək ki, ustaların bütün gəlincikləri əllə hazırlanıb və canlı insan kimi görünürlər.
Gəlinciklərin qiyməti model və hazırlayan müəllifdən asılı olaraq, 4 000 manatdan başlayır.
Bu istiqamətdə hazırlanan ən bahalı gəlinciyin adı L’Oiseleur, yəni “Quşların təlimçisi”dir. Belə ki, 2340 detaldan hazırlanan bu gəlincik 6 milyon 250 min dollara satılır. Lakin Bakıdakı sərgidə həmin gəlincik təqdim olunmayıb.
Qeyd edək ki, məşhur gəlincik ustalarının işləri təkcə aralarında prezident və kralların olduğu şəxsi kolleksiyalar deyil, həm də ən yaxşı muzey və qalereyalarda yer alır.
Elvin Əhmədov
www.oxu.az