Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paytaxtda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
Sabahdan Bakıda 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır
- "AccessBank" Daxili Sənəd Dövriyyəsini "SİMA İmza" ilə rəqəmsallaşdırdı
- "SİMA İmza" Xalq Bankın internet bankçılıq sisteminə inteqrasiya edildi
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılmasının məqsədi açıqlanıb
- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni təyinat olub
Ən çox oxunanlar
Rəylər