Dünən saat 18:00 radələrində metronun “Memar Əcəmi” stansiyasının ətrafında insanlar dəhşətli bir mənzərənin şahidi olublar.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, təxminən 5-6 yaşlarında uşağın çılpaq diləndiyi müşahidə olunub.
Mənzərə nə qədər acınacaqlı olsa da, ətrafdakıların laqeydliyi daha da sarsıdıcı olub.
Soyuq bir gündə azyaşlı bir uşağın çılpaq dilənməsinə demək olar ki, heç kim reaksiya verməyib.
E.Ə.
www.oxu.az