Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Martın 20-si saat 21:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Gəncə, Naftalan, Goranboy, Tovuz, Şəmkir, Şəki, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Xınalıq, Qusar, Xaltan, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Xocalı, Mingəçevir, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Hacıqabul, İmişli, Yardımlı, Lerik, Lənkəran və Astarada fasilələrlə yağış yağır.
Gədəbəy, Şahdağ, Şuşa, Qax (Sarıbaş) və Daşkəsəndə isə arabir qar yağır.
Martın 20-si saat 18:00-a olan faktiki hava məlumatı yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada saniyədə 21 metrədək, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naftalanda saniyədə 18 metrədək, Naxçıvanda saniyədə 15 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.
Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır.
Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala və Şəmkirdə 20 m/s, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dək güclənib.
Dağlıq ərazilərə qar yağır, qar örtüyünün hündürlüyü Şahdağda 9, Qaxda (Sarıbaş) 5, Qusarda (Laza) 4, Qrızda 3, Xınalıqda 2, Daşkəsən və Xaltanda 1 sm-dir.
Düşən yağıntının miqdarı isə Zaqatalada 72, Balakəndə 50, Şəkidə 40, Şəmkirdə 25, Tovuzda 24, Gədəbəydə 21, Gəncədə 18, Oğuzda 17, Göygöl və Qəbələdə 15, Bakıda və Abşeron yarımadasında 8, Quba, Sabirabad, Lerik, Qobustan və Şahbuzda 5, Ağstafa, Yardımlı və Lənkəranda 4, Mingəçevir, Beyləqan, Goranboy, Cəfərxan, Ceyrançöl və Şərurda 3, Tərtər, İmişli, Sədərək və Culfada 2, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Şuşa, Laçın, Xocalı, Füzuli, Kəlbəcər, Astara, Naftalan, Şabran, Ordubad və Naxçıvanda 1 mm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 7, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah Azərbaycan ərazisində avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
- Sabah yağış yağacaq, şimşək çaxacaq - 21.03.2025
- Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - 19.03.2025
- Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI