Bakıda avaralıq və dilənçiliklə məşğul olan 86 nəfər saxlanılıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 70 nəfər, Nəsimi RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 16 nəfər saxlanılıb və barələrində müvafiq tədbir görülüb.