Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında açıq hava teatrı təşkil olunub.
Oxu.Az xəbər verir ki, tamaşanın nümayişində məqsəd AVRO-2020 həyəcanını fərqli aspektdən göstərmək və hər kəsdə unudulmaz, xoş təəssürat yaratmaqdır.
Tamaşada danimarkalı yazıçı, “böyük nağılbaz” Hans Kristian Andersenin, xüsusilə, azyaşlı oxucular tərəfindən çox sevilən “Düyməcik” və “Qar kraliçası” əsərlərindən hissələr nümayiş olunub.
Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları canlandırıblar.
Azyaşlıların böyük marağı ilə qarşılanan tamaşadan fotoreportajı təqdim edirik:
Foto: Firudin Səlimov