Bu gün Bakıda aeroport yolunda qəza törətmiş sürücünün və ölən piyadanın adları məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən bildiriblər ki, Heydər Əliyev prospektində maşınla vurulan piyada 1991-ci il təvəllüdlü qadındır.
İlkin məlumata görə, onun adı Günay Məmmədovadır.
Onu Verdiyev Təhmin Rəhman oğlunun idarə etdiyi BMW X5 markalı avtomobil vurub.
Hadisə şahidləri maşınla vurulan piyadanın üzərindən bir neçə maşının keçdiyini bildirib. Polis əməkdaşları isə bu məlumatın həqiqətə uyğun olub-olmamasının dindirmələrdən sonra məlum olacağını deyib.
Lakin onlar bildirib ki, meyit tanınmaz halda olub.
Hazırda hadisəni törədən avtomobilin sürücüsü tibbi müayinədən keçirilir.
Qeyd edək ki, hadisə yerinin bir neçə metrliyində yerüstü piyada keçidi var.





