Bakıda müşahidə olunan güclü külək fəsadlara yol açıb. Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 29 ünvanında irigövdəli ağac aşaraq yaşayış binasının üzərinə düşüb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, güclü küləyin təsirindən iri ağac aşaraq yaşayış binasının beşinci mərtəbəsinin eyvanına düşüb.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Qaynar xətt:
(055) 224 12 12