Paytaxtda müşahidə olunan küləkli hava şəraiti ciddi fəsadlara səbəb olub.
Oxu.Az xəbər verir ki, şəhərin mərkəzində ağac maşınların üstünə aşıb.
Hadisə Səbail rayonunda Bəhramgur heykəlinin yanında baş verib. Belə ki, külək ağacı yolun kənarında dayanan maşınların üstünə salıb.
Avtomobillərə ciddi ziyan dəyib.
