Bakı şəhərində ağac soyqırımı həyata keçirilir.
Oxuculardan Oxu.Az-a daxil olan məlumata görə, Yasamal rayonu, Talıblı küçəsi 38 ünvanında, M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutu ilə üzbəüz yolun qırağında ağacları kəsiblər.
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, həmin sahə ilə məşğul olan departamentin əməkdaşları ağac kəsilən ünvana göndəriləcək.
Araşdırma aparılandan sonra əlavə məlumat veriləcək.