Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidəki ağaclıqda baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal ərazidə yanğınsöndürmə işlərinə cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
İlkin hesablamaya əsasən, təqribən, 3 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb. Ağaclığın böyük hissəsi, yaxınlıqdakı evlər və kommunikasiya xətləri yanğından mühafizə olunub.
Qeyd edək ki, baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.












İlhamə Əbülfət
FOTO: Tapdıq Abdullayev