Bakının Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza “Mercedes” və “Toyota” markalı avtomobillərin qarşı-qarşıya çıxaraq toqquşması nəticəsində baş veib.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin şəxsiyyəti hələlik məlum olmayan sürücüsü hadisə yerində ölüb.
Bir neçə nəfərin ağır yaralandığı bildirilir.
Hadisə yerinə yol polisi və həkim briqadası cəlb olunub.
Qəza səbəbindən nəqliyyat vasitələrin hərəkətində sıxlıq yaranıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.