Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 18-i saat 19:00-da baş verən qəza ilə əlaqələr iki nəfər (bir kişi cinsli, bir qadın cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Hikmət Gülrza oğlu İskəndərov idarə etdiyi VAZ-21011 markalı avtomobillə yolun kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə Vahid qızı İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü H.İskəndərov və sərnişin, 2008-ci il təvəllüdlü Zənurə Bala qızı İsgəndərova bədənin müxtəlif nahiyələrinin xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.