Azərbaycan Dövlət İqtisad Universitetində mobil telefonlardan istifadə qadağan ediləcək.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə Ali məktəbdə bu gün yayılan xəbərdə bildirilib.
Məlumatda qeyd edilir ki, bunu Ali məktəbin Elmi Şurasının növbəti iclasında rektor Ədalət Muradov deyib.
Bundan başqa, Muradov Elmi Şuranın iclaslarında “Müəllim və tələbələrin etik davranış Qaydaları”nın müzakirə edilməsi barədə göstəriş verib.
Bundan başqa, rektor may ayının 23-də universitetdə keçirilən, ənənəvi “Məzun-2014” ümumrespublika yarmarkasının keçirilmə prosesinin təkmilləşdirilməsinə dair göstəriş də verib.