Paytaxtda yenicə doğulmuş uşağı küçəyə atıblar.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində sakinlər R.Allahverdiyev küçəsindən bükülü vəziyyətdə olan atılmış 5-6 günlük oğlan uşağı tapıblar.
Yeni doğulan körpə 1 saylı Körpələr Evinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.