"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Aləmdə Nəsib
Bakıda bir ailənin üç üzvü qidadan zəhərlənib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsində baş verib.
Orada yaşayan 1952-ci il təvəllüdlü A.Şükürovla həyat yoldaşı, 1954-cü il təvəllüdlü R.Şükürova və oğulları Ramin Şükürov qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.