Bakı şəhərində “Audi” markalı minik avtomobili aşıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Vətəndaşa məxsus “Audi” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğın hadisəsi baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.