Bakıda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş.
“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Yusifov Rəşad Məqsəd oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.