Bakıda yağışlı havada idarəetməni idarə etməni itirərək yoldan çıxan avtomobillərin videosu yayılıb.
Oxu.Az-ın avtosfer.az-a istinadən verdiyi xəbərə görə, kadrlar Bakının mərkəzi küçələrində çəkilib. Birinci avtoqəza Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində baş verib.
10-cu zavod dairəsi kimi tanınan ərazidə yüksək sürətlə hərəkət edən “Mersedes” sürüşkən yolda idarəetməni itirərək metal maneələri dağıdıb və tunelə düşüb.
Digər yol qəzasında isə sürətlə hərəkət edən “Audi” markalı avtomobili görürük.