Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda avtomobil işıq dirəyinə dəyərək aşıb: Xəsarət alan var
Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, "Volkswagen" markalı avtomobili yüksək sürətlə idarə edən sürücü dönmək istəyərkən sükana nəzarəti itirib.
Nəqliyyat vasitəsi əvvəlcə bordürə, daha sonra işıq dirəyinə dəyərək aşıb.
Avtomobildə olan sərnişin xəsarət alıb.
Qəza nəticəsində yol infrastrukturuna, o cümlədən avtomobilə ciddi ziyan dəyib.
Avtotexniki ekspertiza təyin edilib.
Hadisənin dəqiq səbəbi araşdırılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Gəncədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
- Azərbaycanda bayram günlərində 12 yol-nəqliyyat hadisəsi olub
- Bakıda sürücünün yanlış manevri qəzaya səbəb oldu
- Bakı-Quba-Rusiya yolunda idarəetmədən çıxan TIR məlumat lövhəsinə çırpıldı
- Astarada altı uşaq atasını maşınla vurub öldürənə cəza verildi
Ən çox oxunanlar