Xətai rayonunda idarəetməni itirən sürücü maşını yol kənarındakı mağazaya çırpıb.
Oxu.Az-ın ANS TV-yə istinadən məlumatına görə, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. Qəza zamanı “Nissan” markalı avtomobilin sürücüsü yüksək sürətlə Yusif Səfərov küçəsinə daxil olub.
Bu zaman o sərt döngədə düzgün manevr qaydası seçməyib və nəticədə idarəetməni itirərək yol kənarındakı mağazaya çırpılıb. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Əraziyə Xətai rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları gəliblər.
Yararsız hala düşən avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Xətai rayon Dövlət Yol Polis şöbəsində araşdırma aparılır.