Bakıda yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində, Azadlıq prospektində qeydə alınıb.
Hərəkətdə olan “Xəzər” markalı minik avtomobili qəflətən qarşıdan gedən motosikletə çırpılıb.
Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb.