Bakı şəhərinin Nəsimi rayonunda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə Bəşir Səfəroğlu və Süleyman Rəhimov küçələrinin kəsişməsində baş verib.
Belə ki, B.Səfəroğlu küçəsi ilə hərəkətdə olan KİA markalı avtomobil S.Rəhimov küçəsi ilə gedən motosikletlə toqquşub.
Əraziyə DYP əməkdaşları cəlb olunub.
Hadisə zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli