Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda avtomobillə vurularaq öldürülən alim dəfn olundu - FOTO
Bakıda avtomobilin vuraraq öldürdüyü İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlu dəfn olunub.
“Report” xəbər verir ki, mərhumla qardaşı Akif Acaloğlunun Sabunçu rayonunda yerləşən evində vida mərasimi keçirilib, sonra Maştağa qəsəbəsində, “Kəpənəkçi” məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Arif Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya Şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.
O, 1983-86-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-90-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.
Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-19-cu illərdə isə Yeditepe Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb.
O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.
Mövzuya aid xəbərlər
- Tanınmış alimin avtomobil qəzasında öldüyü yerdən GÖRÜNTÜLƏR - VİDEO
- Qəzada ölən Arif Acaloğlunun dayısı Aydın Acalov da eyni taleni yaşayıb
- Alimi avtomobili ilə vuraraq öldürən Azər Maqsudovu hansı cəza gözləyir? - FOTO
- Qəzada həlak olan alimin dəfn olunacağı yer AÇIQLANDI
- Azərbaycanlı alimi avtomobili ilə vuraraq öldürən şəxs tanınmış həkim imiş - YENİLƏNİB + FOTO
Rəylər