Sabunçu rayonunda yoxa çıxan bacıların biri ər evindən çıxsa da, 17 yaşlı Elnarə Abdullayevadan xəbər-ətər yoxdur.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Elnarə Şahsuvar qızı Abdullayeva iyulun 20-də səhər saat 08 radələrində mağazaya getmək adı ilə evdən çıxıb, o vaxtdan isə onu “gördüm” deyən olmayıb.
Səs-sorağı olmayan qızı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi bir aydan artıqdır axtarır. Polisin əlində olan yeganə tutarlı fakt Elnarənin şəxsi Facebook profilinə yazdığı son statusdur: “Bacımı qaçırdılar, mən də evi tərk edirəm”.
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsindən bildirildi ki, E.Abdullayeva bir müddət əvvəl şirniyyat sexində işləyib. Sonra işdən çıxan Elnarə evdən gedib və polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Bu hadisədən sonra isə Elnarənin bacısını qaçırıblar. Bundan sonra isə Elnarə anasının Türkiyədə olmasından istifadə edərək evdən gedib.
E.Abdullayevanı görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 450 02 02 şəhər nömrəsinə zəng edərək xəbər vermələri xahiş olunur.
