Bakıda qiymətli it sahibini gülməli vəziyyətə salıb. Dünənə qədər iti ilə özünü təhlükəsiz hesab edən gənc oğlan bundan sonra çətin ki, onun sədaqətinə inana.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, dünən 18 yaşlı Cəfər Elyazov Xaski cinsindən olan iti ilə gündüz vaxtı gəzərkən Nizami rayonu, Qara Qarayev prospektində iki naməlum şəxs onun qarşısını kəsib. Onlar Cəfərin qolunu buraraq bıçaqla hədələyib və iti əlindən alıblar.
Nizami rayon Polis İdarəsindən bildirildi ki, C.Elyazovun şikayəti əsasında axtarış tədbirləri aparılır. İtdən və iti aparanlardan xəbər yoxdur.
Qeyd edək ki, Xaskinin qiyməti 500-600 AZN civarındadır.