Avqustun 16 və 17-də Bakıda beş nəfəri gün vurub.
Son iki gündə havaların isti keçməsi səbəbindən Bakı Şəhəri Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı artıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, stansiyadan verilən xəbərə görə, ayın 15-dək gün ərzində 1700-1800 müraciət daxil olurdusa, son 2 gündə bu müraciətlərin sayı 1800-ü keçib.
Məlumata görə, avqustun 16 və 17-də 5 nəfəri gün vurub. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində tibbi yardım göstərilib.
Ötən həftənin sonu bir suda boğulma hadisəsi baş verib, həmin şəxs xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib.
Ötən həftə bir nəfəri isə ilan sancıb, həmin şəxs xəstəxanaya yerləşdirilib.