İlham və Fərizə aksiyasına yeni ailə quranlar da dəstək verib.
Oxu.Az AzVision.Az-a istinadən xəbər verir ki, belə ki, Bakıda bəylə gəlin toy günü Şəhidlər Xiyabanını ziyarət edərək ailə quran gəncləri də vətənpərvərliyə səsləyiblər.
Barış Cavid adlı bəy bu addımı atmaqla İlham və Fərizə aksiyasını dəstəklədiklərini aksiya təşkilatçısına bildirib.
Xatırladaq ki, bir qrup gənc tərəfindən İlham və Fərizə aksiyasına start verilib.
Aksiyanın məqsədi daha çox insanın Şəhidlər Xiyabanını ziyarət etməsidir.