Bakının mərkəzində piyada keçidində insanlara qarşı mədəniyyətsizlik edən sürücünün videosu yayılıb.
Oxu.Az xəbər verir ki, videodan görünür ki, İstiqlaliyyət küçəsində piyada keçidində bir qrup insan zebradan yolu keçir.
Digər maşınlar dayanıb piyadalara yol versə də, qara rəngli “Prado” markalı avtomobil insanların üstünə yeriyir və təhlükəli vəziyyət yaradaraq hərəkəti davam etdirir. Maraqlısı odur ki, 30 metr irəlidə yol polisləri bu mənzərəni görsələr də, “Prado”nu saxlatmırlar.
Oxu.Az həmin videonu təqdim edir:
E.Ə.
www.oxu.az