Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda bina sökülür: Sakinlər kompensasiyadan narazıdırlar
Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb.
Baku.ws xəbər verir ki, söhbət Mayakovski küçəsi, 15 ünvanında yerləşən binadan gedir.
Belə ki, sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Sakinlərə verilən kompensasiya məbləği hər kvadratmetri üçün 2 min manatdır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi, 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən, qəzalı vəziyyətdədir.
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən yaşayış binasının sakinlərinin köçürülməsi üçün vəsait ayrılıb. Köçürülməsi nəzərdə tutulan sakinlərin mənzillərinin hər kvadratmetr sahəsinə görə 2 000 AZN məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulub”, - deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, sakinlər söküntü zamanı onlara təklif edilən 2 min manatlıq kompensasiya məbləği ilə razılaşmadıqlarını bildiriblər.
Onlar, həmçinin müvafiq qurumlara şikayət məktubu ünvanladıqlarını da qeyd ediblər.
"Azərin" teqi üzrə xəbərlər
- Qəbiristanlıqda zorlanma: İtlərdən qorxan qızı maşınına əyləşdirib əxlaqsız hərəkətlər etdi
- Azərinin "bozqurd" işarəsinə Ərdoğandan REAKSİYA
- Fazil Mustafaya sui-qəsdi təşkil edən şəxs: “Peşman deyiləm, nə cəza verəcəksinizsə, tez verin” - VİDEO
- Türkiyədə yaşayan azərbaycanlı sənətçilər səsvermə hüququndan istifadə ediblər - FOTO
- “Zərifə” vəfat edən “Rəşid” barədə: “Filmin 50 illik yubileyinə dəvət etdik, gəlmədi” - FOTO
Rəylər