Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində çökmüş blokla bağlı tədbir görülür.
Bu barədə Oxu.Az-a Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib.
Bakıda binada çökən blokla bağlı tədbir görülür
Qeyd olunub ki, hadisə bir neçə gün əvvəl baş verib:
"Birliyin əməkdaşları tərəfindən ərazidə sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülüb. Hazırda təmir-bərpa işləri aparılır".
Məhərrəm Əliyev