Bakının Binəqədi rayonunda 5 evin yanması barədə yeni məlumat yayıb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 490 kv.m olan birmərtəbəli 5 fərdi yaşayış evinin yanar konstruksiyaları 452 kv.m sahədə yanıb.
Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
11:33
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda güclü yanğın olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon ərazisində yerləşən 5 ədəd fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının qüvvələri cəlb olunub.
Yanğın saat 09:10-da söndürülüb. Əlavə məlumat veriləcək.