Bu gecə Bakının müxtəlif rayonlarında üç vətəndaş liftdə qalıb.
FHN-dən Oxu.Az-a daxil olan məlumata görə, ilk belə hadisə paytaxtın Nizami rayonunda, ikinci hadisə Səbaildə, üçüncü hadisə isə yenə də Səbaildə baş verib.
Hər üç halda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.