Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda bir marşrut üzrə avtobuslarda gediş haqqı “BakıKart”a keçib
İyunun 1-dən etibarən 77 nömrəli marşrut üzrə böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək.
Məlumat üçün qeyd edək ki, aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciət daxil olub.
"BNA" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər