Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Anar Əliyevin idarə etdiyi “BMW” və Şamil Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
İlkin ehtimala görə, “Mercedes” markalı avtomobil şəhər şosesindən məhəlləarası yola daxil olmaq istəyib. İşıqforun qadağanedici işığında hərəkətini davam etdirən “BMW” markalı avtomobil isə ona çırpılıb.
Yol Patrul Xidmətinin əməkdaşı Firuz Məmmədovun verdiyi məlumata görə, faktla bağlı Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.