Bakının mərkəzi parkı tüfeyli həyat tərzi keçirənlər tərəfindən zəbt edilib.
Oxu.Az-ın məlumatına görə, oxucular Milli.Az-a yazır ki, Səbail rayonu, Filarmoniya parkında “bomj”ların əlindən tərpənmək olmur. Səhərdən parkın oturacaqlarında əyləşən həmin şəxslər günün böyük hissəsini orada yatır. Onların qoxusundan isə insanlar oturacaqlara yaxın düşə bilmirlər.
Səbail rayon Polis İdarəsi post-patrul xidmətinin rəisi Xəqani Qəhrəmanov bildirdi ki, patrul əməkdaşları həmin əraziyə nəzarəti gücləndirəcək. Xidmət rəisinin sözlərinə görə, tüfeyli həyat tərzi keçirən şəxslər polislərin gözündən yayınaraq orada yatırlar. Qısa zamanda həmin şəxslər mərkəzi parkdan uzaqlaşdırılacaqlar.