Bakıda tıxac zamanı avtomobilli yoldakı bordürə çıxardaraq hərəkət edən sürücü ilə bağlı araşdırma başlanılıb.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib.
O qeyd edib ki, məsələ nəzəratə götürülüb və hüquqi addımlar atılacaq.
22:51
Bakıda sürücü tıxac zamanı avtomobili yoldakı bordürə çıxardaraq hərəkət edib.
Oxu.Az-ın məlumatına görə, hadisə Mehdiabad yolunda baş verib.
Belə ki, avqustun 2-si saat 09:57-də 90-ZN-147 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil tıxac zamanı yolun kənarındakı bordürlə hərəkət edərək qəza şəraiti yaradıb.
Həmin görüntüləri təqdim edirik: