Bakının Xətai rayonu, Səməd bəy Mehmandarov 8 ünvanında yerləşən ikimərtəbəli çay evində güclü yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “555 ” adlı çay evində baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində güclənən alovun qarşısı tez bir zamanda alınıb.
Yanğın zamanı çay evində olan müştərilərdən verilən məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub. Partlayış baş verən zaman çay evində olan müştərilər cəld özlərini çölə atıblar.
Onlardan ikisi xəsarət alıb.
Hadisə yerinə təcili yardım çağırılıb. Eyni zamanda yanğınsöndürənlər rahat işləməsi üçün Səməd bəy Mehmandarov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
23:00
Bu axşam Bakıda yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 612 kv.m olan ikimərtəbəli çay evinin taxta konstruksiyalardan ibarət çardağı 250 kv.m sahədə yanıb.
Hadisə zamanı çay evinin işçisi üzündən yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək, Təcili Tibbi Yardm xidmətinə təhvil verilib.
Çay evinin qalan hissəsi və 1-ci mərtəbə yanğından mühafizə olunub.
Yanğın saat 20:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.