Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda çəkisi 800 qram olan körpə dünyaya gəlib
Bakıda vaxtından əvvəl doğulan körpə süni nəfəs aparatına qoşulub.
Cəmi 800 qram çəki ilə dünyaya gələn körpə özəl klinikaların birində doğulsa da, Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə edilərək həyati riski aradan qaldırılıb.
Həkim deyir ki, xüsusilə vaxtından əvvəl doğulan körpələrin bir xəstəxanadan digərinə köçürülməsi çox stresli və məsuliyyət tələb edən prosesdir.
O da qeyd edilib ki, institut yaxın günlərdə Heydər Əliyev fondu tərəfindən ən müasir süni ventilyasiya aparatı ilə təmin edilib.
Bu tibbi cihaz vasitəsilə isə vaxtından əvvəl doğulan körpələrdə ən çox rast gəlinən nəfəsalma problemi qısa müddətdə aradan qaldırılır.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Rəylər