Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində binanın şaxtasında 30 p.m elektrik kabel yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdəki sakinlər yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Binadakı mənzillər yanğından mühafizə edilib.
Yanğın saat 19:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.