Bakıda insanların istirahət etdiyi yerlərdə, əsasən də böyük parklarda su kranlarının quraşdırılmasına başlanılıb.
Publika.Az-ın məlumatına görə, qızmar yay aylarının gəlməsi ilə əlaqədar müxtəlif yerlərdə qeyri-adi formada və görkəmdə su kranları quraşdırılır.
Əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş Dağüstü parkdakı su kranları xüsusi ilə seçilir. Burada suyun axıb getməsi üçün yeni xətlər çəkilib və su kranları əvvəlcədən nəzərdə tutulmuş yerlərdə quraşdırılıb.
Qeyd edək ki, qızmar yay aylarında sakinlər çox vaxt sərinləmək üçün su hövzələrinin və su kranlarının azlığından şikayətlənir.
www.publika.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin