Səbail rayonu, Bayıl dairəsində yeni yeraltı keçidin tikintisinə başlanıb.
Oxu.Az Day.az-a istinadən bildirir ki, hal-hazırda təməl dirəklərinin yerləşdirilməsi işləri gedir.
Tikintiyə yaxın ərazilər köhnə tikililərdən təmizlənir. Ərazidə bir neçə ağır texnika işləyir. İş yüksək sürətlə gedir.
Azərbaycan Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib ki, keçidin tikintisi müasir tələblərə uyğun aparılır.
“Layihəyə uyğun olaraq keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü 4 metr olacaq. 4 çıxışlı yeraltı keçiddə 8 eskalator quraşdırılacaq. İşlərin bitmə tarixi barədə heç nə deyə bilmərəm”, - deyə həmsöhbətimiz sözünü yekunlaşdırıb.