Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda xəncərli hücuma məruz qalan mühafizəçi: "Məni balkondan atmaq istədilər"
Bakının mərkəzində yerləşən yaşayış komplekslərindən birində dəhşətli hadisə baş verib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, narkotik maddə təsiri altında olan şəxs yaşayış kompleksində mühafizəçi işləyən şəxsə xəncərlə hücum edib.
Belə ki, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçi Yaşar Həmidliyə xəbər veriblər.
O bildirib ki, hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq, mühafizəçini söyməyə və döyməyə başlayıblar:
"Məni balkondan aşağı atmaq istədilər. Oradan ayrılıb aşağı düşəndə narkomanlardan biri xəncərlə gəlib məni vurmaq istədi, lakin digər mühafizəçi qarşısını aldı".
Zərərçəkənin sözlərinə görə, hadisə nəticəsində baş və bədən nahiyələrindən xəsarət alıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
"Capital Towers" yaşayış kompleksində mühafizəçiyə suvenir xəncərlə hücum edən şəxs saxlanılıb.
Bu məlumatı Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov verib.
"Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır", - deyə açıqlamada vurğulanır.
Bakının mərkəzində yerləşən "Capital Towers" yaşayış kompleksində dəhşətli hadisə baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.
Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq, mühafizəçini söyməyə və döyməyə başlayıblar.
Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan narkomanlardan biri ona hücum edib.
Həmin görüntüləri təqdim edirik:
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Oğuzun Mollalı kənd sakinləri sel təhlükəsi ilə üz-üzə: "45 ailəyə ziyan dəyib"
- MTK sakinləri dörd ildir necə aldadır? - Ortada nə pul var, nə də ev
- Hacı Zeynalabdin qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən narazıdırlar - ŞİKAYƏT
- 37 ailənin qazı, işığı niyə kəsilib?
- "Poliklinikada travmatoloq yoxdur" - Binəqədidən ŞİKAYƏT
Rəylər