Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda dəhşətli cinayət: Taksi sürücüsü müştərisi ilə sevgili oldu, azyaşlı qızına təcavüz etdi
Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Cəlil yetkinlik yaşına çatmayan Nəzrinlə (adlar şərti göstərilib - red.) cinsi əlaqədə olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlil qeyri-rəsmi yaşadığı Nərminəyə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlı zavodun yaxınlığında yerləşən fərdi yaşayış evinə gəlib. O, cinsi ehtirasını təmin etmək məqsədilə razılıq əsasında, onun on altı yaşına çatmadığı qızı, 2008-ci il təvəllüdlü Nəzrinlə təbii yolla cinsi əlaqədə olub.
Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, taksi kimi işləyən zaman Nərminə ilə tanış olub: "Sonradan aramızda qeyri-rəsmi münasibətlərimiz yarandı. Nərminənin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlı zavodun yaxınlığında yerləşən fərdi yaşayış evinə gedib onunla cinsi əlaqədə olmuşam. Nərminənin Nəzrin adlı qızı və azyaşlı oğlu olub. "WhatsApp" proqramı vasitəsilə ara-sıra Nəzrin ilə yazışmışam. Müharibə vaxtı başımdan travma aldığımdan nə baş verdiyini dəqiq xatırlamıram. Nəzrinin 16 yaşı olmadığını bilmişəm. Lakin yaxınlıqlarımız olsa da, Nəzrin ilə cinsi əlaqədə olmamışam. Özüm "Vətən müharibəsi" veteranıyam".
İş üzrə zərərçəkmiş Nəzrinin sözlərinə görə, Cəlil anası Nərminə ilə qeyri-rəsmi yaşayıb: "Cəlil bizim yaşadığ;mız Binə qəsəbəsi, Bakavtomat yolunda olan fərdi yaşayış evinə gəlib-gedib. Cəlil ilə ara-sıra "WhatsApp" vasitəsilə danışmışıq. Sonradan Cəlil ilə intim söhbətlər etməyə başladıq. Bir müddət sonra Cəlil mənimlə cinsi əlaqədə olmağı təklif etdi. Mən də etiraz etmədim. Anam evdə olmayanda Cəlil bizə gəldi. Anamın yataq otağında, öz razılığım əsasında Cəlil ilə bir dəfə təbii yolla cinsi əlaqədə oldum. Cəlil mənim 16 yaşıma çatmadığımı bilib. Hazırda ona qarşı heç bir şikayətim və tələbim yoxdur".
İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Nəzrinin anası Nərminənin ifadəsinə görə, Cəlil ilə hadisədən bir neçə ay əvvəl tanış olub: "Mən "Bolt" şirkətindən taksi sifariş etdim. Həmin vaxt tanış olduq. Bundan sonra Cəlil mütəmadi olaraq yaşadığım fərdi yaşayış evinə gələrək bizdə qalıb. Mənimlə bir neçə dəfə cinsi əlaqədə olub. Son zamanlar onun qızım Nəzrin ilə isti münasibətlərini gördüm və şübhələnməyə başladım. Cəlil tez-tez qızım Nəzrinə zəng edirmiş və yazırmış. Qızımın mobil telefonunu əlindən alıb baxan zaman şahidi oldum ki, Cəlil qızımla cinsi əlaqədə olub və onu yenidən intim münasibətdə olmağa dəvət edir. Cəlillə qızımın adı ilə "WhatsApp" vasitəsilə yazışdım. Tam əmin olandan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdim".
Nərminə ifadəsinə əlavə olaraq bildirib ki, yazışmanı görəndə həyəcanlanıb və hüquq-mühafizə orqanlarına necə məlumat verdiyini bilməyib: "Lakin sonradan mənə məlum oldu ki, Cəlil qızımla onun razılığı ilə cinsi əlaqədə olub. Sonradan Cəlil tərəfindən qızıma dəymiş ziyan tam olaraq ödənilib".
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlil 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından dərhal həbs edilib.
Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 2024-cü il mayın 27-dən hesablanması qərara alınıb.
Rəylər