Bakıda dəhşətli yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı, 10 LJ 821 dövlət nömrə nişanlı, “Opel” markalı, 99 BF 556 dövlət nömrə nişanlı və dövlət nömrə nişanı məlum olmayan daha bir “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.
Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, Zabratda baş verən yol qəzasında xəsarət alanlardan ikisi onlara müraciət edib. Bunlar 30 yaşlı Rövşən Rzaquliyev və 32 yaşlı Vaqif Mirəliyevdir. Hər iki yaralının vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.